Bakıda ağır qəza – ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 29-da saat 18 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində qəsəbə sakini Kamil Şahverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Cavid Zeynalovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm