DİN dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Ucar rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 29-da saat 7 radələrində Ucar rayonunun Təzə Şilyan kəndi ərazisində Xaçmaz rayon sakini Füzuli Fətəliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Cəlal Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə “Opel”dəki sərnişinlərdən Sürəyya Məmmədova və Vahid Seyidov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm