28 Mayda "Bakubus" ağır qəza törətdi - YARALILAR VAR
Bizi izləyin

Hadisə

28 Mayda "Bakubus" ağır qəza törətdi - YARALILAR VAR

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

"BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.(Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm