Salyanda AĞIR QƏZA: ölən və yaralanan var
Bizi izləyin

Hadisə

Salyanda AĞIR QƏZA: ölən və yaralanan var

Salyan rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının minik avtomobili ilə toquşması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Seyidabdulla Şahin oğlu Ağalarov və rayonun Xurşud kənd sakini, 1985-ci il təvəllüdlü Tural Tahir oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən S.Ağalarov yolda dünyasını dəyişib. Digər yaralı isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm