Bakıda ana və körpə qızı son anda ölümdən xilas edildi – ƏMƏLİYYAT
Bizi izləyin

Hadisə

Bakıda ana və körpə qızı son anda ölümdən xilas edildi – ƏMƏLİYYAT

Ötən gecə Bakı şəhərinin Suraxanı rayonunda ana və qızı dəm qazından zəhərlənib.

Publika.az xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində biri azyaşlı olmaqla 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə yollanıb. Mənzilin qapısı açıldıqdan sonra Lalə İbrahimzadə ilə onun qızı Leyla halsız vəziyyətdə aşkarlanıb. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

İlkin araşdırma zamanı ana və qızının dəm qazından zəhərləndiyi məlum olub.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm