"Azərsu": Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

"Azərsu": Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı - VİDEO - (YENİLƏNDİ)

Bakının Binəqədi rayonu ərazisində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı verib.

Onun sözlərinə görə, magistral kəmərin qəza verən hissəsində bərpa işləri tam başa çatıb: "Saat 13:30 radələrində kəmərdəki problem aradan qaldırılıb. Artıq xəttə su vurulub. Hazırda magistral su kəməri fəaliyyətini tam bərpa edib".

Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonu,Ş "Motodrom" yaşayış massivində magistral su kəmərində baş vermiş qəza nəticəsində BAkı Beynəlxalq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basmışdı. Həmin yolda avtomobillərin hərəkətində çətinlik yaranmışdı.

***

Bakıda magistral su xəttində qəza baş verib.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib. Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq".

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.

Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm