Sumqayıtda 4 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Sumqayıtda 4 otaqlı ev yandı

Sumqayıtda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Corat qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm