Azərbaycanda yanğın zamanı məktəblidən CƏSARƏTLİ HƏRƏKƏT - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda yanğın zamanı məktəblidən CƏSARƏTLİ HƏRƏKƏT - FOTO

Mingəçevirdə orta məktəbdə yanğın baş verib.

Publika.az xəbər verir ki, bu gün saat 08 radələrində Mingəçevir şəhərində yerləşən Noel Ahəngəri adına 13 saylı orta məktəbdə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yanğın başlayıb.

Məktəb binasının 2-ci mərtəbəsindəki elektrik qovşağında başlayan alovlanmaya ilk olaraq şagirdlərdən biri müdaxilə edib. Hadisəni görən 10-cu sinif şagirdi tez özünü itirmədən məktəbdə olan yanğınsöndürmə balonu ilə alovun miqyasınnı artmasının qarşısını alıb. Daha sonra sinif otaqlarındakı uşaqları təhlükəsizlik məqsədi ilə otaqlardan çıxarılıblar.

Hadisə yerinə yanğınsöndürmə briqadasının 3 avtomobili gəlib. Yanğının qarşısı tamamilə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Tüstüdən özünü pis edən şagirdlər evə buraxılıb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm