Azərbaycanda atanın ehtiyatsızlığı 5 yaşlı oğlunun ölümünə səbəb oldu
Bizi izləyin

Hadisə

Azərbaycanda atanın ehtiyatsızlığı 5 yaşlı oğlunun ölümünə səbəb oldu

Xaçmazda dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, raynunun Barlı kəndində 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü “Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib.

Belə ki, uşağın atası Bəhərçin Vəliyev “Qazel”markalı maşını həyətdən çıxararkən 5 yaşlı oğlunun orada oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Xaçmaz rayon Prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm