• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Azərbaycanda ZƏNCİRVARİ QƏZA: yaralananlar var

  • Hadisə
  • 13 Yanvar 2019 20:33
  • 660 Baxış
Azərbaycanda ZƏNCİRVARİ QƏZA: yaralananlar var

Salyan rayonunda zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobilin əvvəlcə “Opel” ilə toqquşması, ardınca isə “Jiquli”yə çırpılması nəticəsində Salyan rayon sakini, 1999-cu il təvəllüdlü Hacıyev Qismət Şahin oğlu və Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Quliyev Həmzə Sərraf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (Report).

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR