Saatlıda 4 yaşlı uşaq kanalda boğuldu
Bizi izləyin

Hadisə

Saatlıda 4 yaşlı uşaq kanalda boğuldu

Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Trend-in məlumatına görə, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm