Hadisə
Kamran Əliyev Rüfət Aslanlıdan danışdı: "Onun..."
“Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri
Rüfət Aslanlının türkiyəli iş adamına qarşı dələduzluq etməsi ilə
bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinə müraciətin daxil olması ilə bağlı hər hansı fikir bildirə
bilmərəm. Çünki indi deyəcəyim söz sonradan verilmiş qərara təsir
kimi düşünülə bilər”.
Publika.az xəbər verir ki, bu barədə idarənin
rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına həsr edilmiş mətbuat
konfransında bildirib.
O əlavə edib ki, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürov
barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir və
hazırda həmin idarədə Maliyyə Nazirliyi tərəfindən yoxlamalar
aparılır: “İstintaqın gedişində maliyyə yoxlamalarının aparılmasına
zərurət yarandı və Maliyyə Nazirliyi tərəfindən hazırda həmin
idarədə yoxlamalar həyata keçirilir. Həmçinin həmin cinayət işi ilə
bağlı digər ölkələrlə yanaşı bu məsələ ilə bağlı istintaq
hərəkətləri davam etdirilir”.
Mediada yayılan bütün məlumatları izlədiklərini və araşdırdıqlarını
deyən Kamran Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin
vəzifəli şəxslərinin həbs edilməsi ilə bağlı cinayət işinin
istintaqı da davam etdirilir: “Həmin işlə bağlı komitənin iki
vəzifəli şəxsi həbs edilib. İstintaq hərəkətləri davam etdirilir,
bu və ya digər formada cinayətdə iştirakı olan bütün şəxslərin
məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"