Hadisə
888 nəfər səs-küy saldığına görə saxlanıldı
Ötən il post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bunu Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.
E.Kərimov qeyd edib ki, ötən il Nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!