Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var
Bizi izləyin

Hadisə

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocasən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən tüstü buraxan 6 ədəd paket və 2 ədəd əl qumbarası da aşkarlanaraq götürülüb.

Bölmə əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm