Sumqayıtda QORXUNC OLAY: 11 nəfər ölümdən döndü
Bizi izləyin

Hadisə

Sumqayıtda QORXUNC OLAY: 11 nəfər ölümdən döndü

Son iki gundə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, dəm qazından zəhərlənənlərin 7-si dünən, 4-ü isə bu gün xəstəxanaya gətirilib.

Dünən xəstəxanaya yerləşdirilmiş 7 nəfərin 4-ü artıq evə buraxılıb. İki nəfərin isə bu gün evə buraxılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm