• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Ərəblərlə azərbaycanlılar arasında KÜTLƏVİ DAVA - Xəsarət alanlar var

  • Hadisə
  • 18 Yanvar 2019 15:01
  • 5 390 Baxış
Ərəblərlə azərbaycanlılar arasında KÜTLƏVİ DAVA - Xəsarət alanlar var

Almaniyanın Bielefeld şəhərində azərbaycanlılar və Türkiyədən olan türklər ilə ərəblər arasında kütləvi dava olub.

Şəhərdə paltar mağazalarının birində ərəblərin kobud davranışı mağaza sahibi türkün sərt reaksiyasına səbəb olub.

Onlar arasında qızışan mübahisəni mağazadakı Zamanov Əli adlı azərbaycanlı sakitləşdirmək istəyərkən ərəbin təhqiri ilə üzləşib. Bu zaman azərbaycanlı ərəbə zərbə endirib. Bundan hiddətlənən ərəb onlarla bir qədər sonraya görüş təyin edərək oradan uzaqlaşıb və öz həmyerlilərini götürərək geri qayıdıb. Hadisədən xəbər tutan digər azərbaycanlılar da ora yaxınlaşıblar. Nəticədə tərəflər arasında kütləvi dava baş verib. Dava zamanı hər iki tərəfdən yüngül xəsarət alan var.

Polis hər iki tərəfi asayişi pozduğu üçün saxlayıb və cərimələyib. (report)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR