Hadisə
Şəkidə KÜTLƏVİ DAVA - 2 nəfər...
Şəki rayonunda xəsarətlə nəticələnən kütləvi dava olub.
“Report”un məlumatına görə, yanvarın 18-i axşam saatlarında rayonun Qoxmuq kənd sakinləri 1973-cü il təvəllüdlü Vüqar Umar oğlu Qədirov və 1989-cu il təvəllüdlü Vüsal Hündür oğlu Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Tibb müəssisəsindən verilən məlumata əsasən, müayinə zamanı V.Qədirov və V.Həşimov yaşadıqları kəndin ərazisində bir neçə şəxslə əlbəyaxa dava etdiklərini, dava zamanı xəsarət aldıqlarını bildiriblər.
V.Qədirov və V.Həşimova bədənin müxtəlif nahiyələrində yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Onlar xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA