Hadisə
Azərbaycanda 3 ailənin yaşadığı bina yandı – Ölən var (YENİLƏNDİ)
Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.
"Report"un məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
Üç ailənin yaşadığı 1 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
***
Ağstafa rayonunun Poylu kəndində güclü yanğın olub.
Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA