• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Bakıda beşmərtəbəli bina yandı – Sakinlər təxliyə edildi

Bakıda beşmərtəbəli bina yandı – Sakinlər təxliyə edildi

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı, hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə və plastik qapısı yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR