Bakıda güclü külək mərasim evini uçurdu - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda güclü külək mərasim evini uçurdu - VİDEO

Bakıda güclü külək mərasim evini uçurub.

Yanvarın 16-dan 17-nə keçən gecə Abşeron ərazisində hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində mərasim evi uçub. Güclü külək Xətai rayonu, Zığ şosesi, Ümid Sağlamlıq Mərkəzində müvəqqəti məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri mərasim evinin damını və binanın divarını uçurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə maddi ziyan dəyib.

Sakinlər əlaqədar təşkilatların mərasim evinin bərpasına köməklik göstərilməsini xahiş ediblər.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm