Azərbaycanda dumanlı hava DƏHŞƏTİ - 4 NƏFƏR ÖLDÜ - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda dumanlı hava DƏHŞƏTİ - 4 NƏFƏR ÖLDÜ - FOTO

Ötən gün Azərbaycanın müxtəlif yollarında baş vermiş qəzalarda 4 nəfər ölüb.

Publika.az xəbər verir ki, dünən Qusar rayonunda dumanlı hava şəraitində “VAZ” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. Nəticədə 21 yaşlı oğlan ölüb, daha 3 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Dumanlı hava şəraitində Goranboy rayonu ərazisində, Bakı-Qazax yolunda yük maşını aşıb və sürücü ölüb.

Bundan başqa Bakı-Şamaxı-Yevlax yolunda iki minik avtomobilinin toqquşması, Şəkidən Qaxa gedən yolda isə minik avtomobilinin maneəyə çırpılması da insan itkisi ilə nəticələnib.

Qeyd edək ki, 2 gündür ki, ölkədə qatı dumanlı hava şəraiti hökm sürür və qəzalara da belə hava şəraitində sürücülərin sürət həddini düzgün seçməməsi, manevr qaydalarına əməl edilməməsi səbəb olur.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm