• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Gəncədə yol qəzası: xəsarət alan var

Gəncədə yol qəzası: xəsarət alan var

Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Şəfa İsmət oğlu Quluzadə idarə etdiyi minik avtomobili ilə şəhərin Nizami Gəncəvi prospektində hərəkətdə olan zaman başqa bir avtomobillə toqquşub.

Nəticədə Ş.Quluzadə xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR