Bakıda vəzifəli şəxsin həyat yoldaşı AĞIR QƏZAYA DÜŞDÜ
Bizi izləyin

Hadisə

Bakıda vəzifəli şəxsin həyat yoldaşı AĞIR QƏZAYA DÜŞDÜ

Bakıda xarici ölkə vətəndaşı yol qəzasına düşüb.

Hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti, 9 saylı ünvanın qarşısında baş verib.

Yasamal rayonu, Cavid prospekti, 509-cu məhəllə, ev 5-də yaşayan, 1993-cü il təvəllüdlü Məmmədhəsənli Ramil Şahmar oğlu idarə etdiyi "BMW" markalı 99-FG-121 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ara məsafəsi saxlamadığından eyni istiqamətdə hərəkət edən Fransanın Azərbaycandakı səfirinin əməkdaşlıq və mədəniyyət üzrə müşavirinin həyat yoldaşı, 1982-ci il təvəllüdlü Viza Kostenkonun idarə etdiyi "Toyota Prado" markalı 002 D 004 nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm