Hadisə
Axtarışda olan 7 nəfər saxlanıldı - DİN
Axtarışda olan 7 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov saxlanılıblar.
Qəbələ RPŞ və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Mais Mücidov saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınhın keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğuruq) maddəsi ilə axtarışda olan Məhəmməd Muradov və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zaur Əliyev saxlanılıblar.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi