Gəncədə piyadanı avtomobil vurdu - Vəziyyəti ağırdır
Bizi izləyin

Hadisə

Gəncədə piyadanı avtomobil vurdu - Vəziyyəti ağırdır

Gəncə şəhərində yaşlı kişi avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə 1956-cı il təvəllüdlü Etibar Qiyas oğlu Allahverdiyev şəhərin Cavad Xan qəsəbəsində yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib.

Yaralı qəzanı törədən sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğundan daha sonra şəhərdəki özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm