Hadisə
Yüksək vəzifəli azərbaycanlı alim VƏFAT ETDİ - FOTO
Moskva Beynəlxalq Neft Klubunun prezidenti, Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti, Toğrul Bağırov 64 yaşında Moskvada vəfat edib.
Publika.az xəbər verir ki, siyasi elmlər doktoru, professor Bağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub.
1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib.
1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.
1994-cü ildən Rusiya Federasiyasının yanacaq və energetika nazirinin xüsusi müşaviri, bir sıra nəhəng neft-qaz kompaniyalarının (“Qazprom”, “LUKoyl”, “Transneft”, “Zarubejneft”, “Tatneft”) məsləhətçisi, ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatları olan Rusiya-Amerika, 1996-cı ildən Moskva beynəlxalq neft-qaz klubunun icraçı vitse-prezidenti olub.
1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası hökuməti sədrinin ştatdankənar məsləhətçisi olub.
T.Bağırov 1997-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib. O, “Moskva neft klubu” fondunun icraçı vitse-prezidenti, Davos və Zaltsburq
Ümumdünya İqtisadi Forumunun, Rusiya-OPEC dialoqunun iştirakçısı, 1998-ci ildən Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü olub.
2000-ci ildə T.Bağırov ARİŞ-in Rusiya analoqu olan Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının Qəyyumluq Şurası sədrinin müavini seçilib.
O, “İncəsənət aləmi” beynəlxalq humanitar təşkilatının, Sankt-Peterburqun Mariinsk opera və balet teatrının müşahidə şuralarının üzvü, Rusiya Beynəlxalq Nobellər irsi fondunun təsisçisi olub.
T.Bağırov O, elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyası ilə də tanınıb.
2003-cü ildə T.Bağırov, Nobel qardaşlarının varislərini birləşdirən Nobel Ailələri Cəmiyyət ilə birgə Bakı Nobel İrsi Fondu (BNİF) yaradıb. Stokholmda Nobel Fondunda qeydiyyatdan keçmiş BNİF maarifçiliklə məşğuldur, texnologiya innovasiyaları, elm, mədəniyyət və təhsil sahəsində Nobel layihələri reallaşdırır.
Nobel qardaşlarının tarixi irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə Toğrul Bağırov İsveç Krallığı tərəfindən "Royal Polar Star" (Qütb ulduzu) ordeni ilə təltif olunub.
Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri zamanı isə Fransa səfirinin iqamətgahında Toğrul Bağırovun "Fəxri legion" ordeni ilə təltif olunması mərasimi keçirilib. O, bu mükafata Rusiya-Fransa enerji əməkdaşlığının inkişafında göstərdiyi fəal köməyə görə layiq görülüb.
“Mənim üçün ən önəmli olan mənim Vətənim, köklərim və ailəmdir” deyən T.Bağırov doğulduğu Azərbaycanla daim sıx bağlı olub, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində daim çalışıb.
Allah rəhmət eləsin.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi