Qəbələdə qəza: sürücü öldü
Bizi izləyin

Hadisə

Qəbələdə qəza: sürücü öldü

Avtomobili elektrik dirəyinə vuran sürücü hadisə yerində ölüb.

DİN-dən Publika.az-a verilən məlumata görə, yanvarın 30-da saat 23 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qəsəbə sakini Əzəmməd Hidayətov idarə etdiyi “VAZ-21124” markalı avtomobili elektrik dirəyinə vurub və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm