Bakıda qadınları qorxu içində saxlayan şəxs ƏLƏ KEÇDİ
Bizi izləyin

Hadisə

Bakıda qadınları qorxu içində saxlayan şəxs ƏLƏ KEÇDİ

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm