Goranboyda avtomobil piyadanı vurdu
Bizi izləyin

Hadisə

Goranboyda avtomobil piyadanı vurdu

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Goranboy rayonunda, yolun Dəliməmmədli ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1995-ci il təvəllüdlü Vüsal Nəsibovu avtomobil vurub. Yaralı elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm