Şəkidə 41 yaşlı qadın zəhərləndi
Bizi izləyin

Hadisə

Şəkidə 41 yaşlı qadın zəhərləndi

Şəkidə zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə axşam saatlarında rayonun Birinci Biləcik kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Bəşarət qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Müayinə zamanı R.Əsgərovanın yaşadığı ünvanda bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub. R.Əsgərovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti sabitləşib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm