Bakıda ŞOK HADİSƏ - Sərnişin avtobusunda partlayış baş verdi - FOTO
Bizi izləyin

Hadisə

Bakıda ŞOK HADİSƏ - Sərnişin avtobusunda partlayış baş verdi - FOTO

Bakının Xətai rayonunda, Əhmədli metrosunun çıxışında 46 saylı marşrutda partlayış olub.

Partlayışdan sonra yanğın baş verib. Yaxınlıqdakı “Bakı Bus” marşrutlarının sürücülərinin müdaxiləsindən sonra yanğın söndürülüb.

Sərnişinlər vaxtında təxliyyə olunduğundan yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürən cəlb olunub.

Partlayışın səbəbi hələlik məlum deyil.(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm