FHN Bakıda avtobusdakı hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Bakıda avtobusdakı hadisə ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda avtobusda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, nazirliyin məlumatında Bakı şəhərinin Xətai rayonunda "Daewoo" markalı sərnişin avtobusunun arxa təkərinin yandığı bildirilib: “Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Qeyd edək ki, yanğın baş verən avtobus 46 saylı xətt üzrə hərəkət edirmiş 2 gün əvvəl isə 88 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusda yanğın qeydə alınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm