Azərbaycanda yol buz bağladı – 4 nəfər maşında köməksiz vəziyyətdə qaldı
Bizi izləyin

Hadisə

Azərbaycanda yol buz bağladı – 4 nəfər maşında köməksiz vəziyyətdə qaldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə qarlı və şaxtalı hava şəraitində yolların buz bağlaması səbəbindən “Nissan” markalı minik avtomobilində olan 4 nəfərin Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əraziyə cəlb olunması üçün qərar qəbul olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaşlar xilasetmə avtomobili ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Əməliyyat uğurla başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm