• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Ağstafada mal-qaraya görə dava - Xəsarət alan var

Ağstafada mal-qaraya görə dava - Xəsarət alan var

Ağstafa rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 51 yaşlı İ.Mustafayev həmkəndlisi tərəfindən ağac parçası ilə döyülüb. Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə mal-qara üstdə düşən mübahisə səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ağstafada kürəkən qayınatasını bıçaqlayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR