Azərbaycanlı gənclər Türkiyədə AĞIR QƏZAYA düşdü: yaralılar var - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanlı gənclər Türkiyədə AĞIR QƏZAYA düşdü: yaralılar var - (YENİLƏNDİ)

Türkiyənin Biləcik şəhərində baş vermiş avtobus qəzasında ağır xəsarət alan azərbaycanlı tələbə Mirsani Seyidov vəfat edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Biləcik Dövlət Xəstəxanasına çatdırılan həmyerlimiz həkimlərin cəhdlərinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkmiş.

*****

13:00

Türkiyənin Biləcik şəhərində Azərbaycanlı gəncin idarə etdiyi avtomobil bir fabrikin işçilərini daşıyan maşınla toqquşub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Belə ki, Kadri.D-nin idarə etdiyi avtobusun azərbaycanlı Mirabbas Seyidovun idarə etdiyi "JEEP"lə toqquşması nəticəsində avtomobildəki Mirsani Seyidov, Ərsan Gülüm, İsvet Turan ağır yaralanıb, Qurbet. Ç və sürücü yüngül zəsarət alıb.

Ağır yaralılar təcili yardımla Biləcik Dövlət Xəstəxanasına yerləşdirilib. İsvet Turanın vəziyyəti ağırdır. Ərsan Gülüm və Mirsani Seyidov əməliyyat edilib.

Avtobusun sürücüsü Kadri.D avtomobilin qəfildən qarşısına çıxdığını deyib. Qəzadan sonra sürücülər ifadəsi alınmaq üçün saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm