• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Universitet azərbaycanlı tələbənin ölümü ilə bağlı başsağlığı verdi

Universitet azərbaycanlı tələbənin ölümü ilə bağlı başsağlığı verdi

Türkiyənin Biləcik şəhərində Azərbaycanlı gəncin idarə etdiyi avtomobil ilə fabrik işçilərini daşıyan maşının toqquşması nəticəsində Azərbaycan vətəndaşı, Biləcikdə təhsil alan 23 yaşlı Mirsani Seyidovun vəfat etməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, M.Seyidovun təhsil aldığı Biləcik Şeyh Edebali Universiteti baş vermiş hadisə ilə bağlı başsağlığı yayıb.

Qeyd edək ki, fevralın 3-də Biləcikdə Kadri.D adlı yerli sakinin idarə etdiyi avtobusla M.Seyidovun olduğu 34 MM 1844 nömrə nişanlı “Mazda”nın toqquşması nəticəsində gənc oğlan ağır xəsarət alıb və Düzcə Dövlət Xəstəxanasında vəfat edib.

Faciəvi şəkildə dünyasını dəyişən azərbaycanlı tələbənin bəzi fotolarını təqdim edirik.

Muxtar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR