Şamaxıda elektrik enerjisi təchizatı bərpa olundu
Bizi izləyin

Hadisə

Şamaxıda elektrik enerjisi təchizatı bərpa olundu

Şamaxı rayonu ərazisində elektrik enerjisi təchizatında yaranmış fasilə "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

Bunu Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, hazırda ölkəboyu hər yerdə elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

Qeyd edək ki, ötən gün axşam saatlarında Şamaxı rayonunun bəzi ərazilərində elektrik enerjisi təchizatı kəsilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm