Hadisə
"Leyla Şıxlinskayanın klinikası"nın işçilərinə cəza istənildi
"Leyla Şıxlinskayanın klinikası"nda baş mühasib işləmiş
Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları
Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva,
Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə
prokuror çıxış edib.
Prokuror Şəhla Abbasovanın 9 il, Yelena Abdullayevanın 2 il, Səkinə
Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə 5 il müddətinə
azadlıqdan məhrum edilməsini və məhkəmə iclas zalından həbsə
alınmasını istəyib.
Növbəti proses fevralın 12-də davam edəcək.
"Leyla Şıxlinskayanın klinikası"nda baş mühasib işləyən Şəhla
Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad
Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena
Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı)
maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində araşdırılıb.
Xatırladaq ki, "Leyla Şıxlinskayanın klinikası"nın keçmiş baş
mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə
görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək,
keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham
edib.
"Leyla Şıxlinskayanın klinikası"nda aparılan araşdırmalar zamanı
müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən
yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq
idarəsində araşdırma aparılır.
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO






.jpg)





























