Azərbaycanda faciəvi şəkildə ölən xanım müğənninin FOTOLARI
Bizi izləyin

Hadisə

Azərbaycanda faciəvi şəkildə ölən xanım müğənninin FOTOLARI

Bu gün Qax rayonunda baş verən yol qəzasında bölgənin tanınmış müğənnilərindən olan Mehriban Mustafayevanın faciəvi şəkildə ölməsi barədə məlumat vermişdik.

Publika.az Şimal bölgəsində məşhur olan və regional telekanallara tez-tez qonaq kimi dəvət edilən müğənninin bəzi fotolarını təqdim edir.

qeyd edək ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm