• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

Futbolda yaranan mübahisə, ata və oğulun bıçaqlanması - Cəlilabaddakı cinayətin TƏFƏRRÜATI (YENİLƏNDİ)

  • Hadisə
  • 7 Fevral 2019 23:09
  • 959 Baxış
Futbolda yaranan mübahisə, ata və oğulun bıçaqlanması - Cəlilabaddakı cinayətin TƏFƏRRÜATI

Сəlilabad rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un məlumatına görə, Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar.

Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər.

Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb Yaralılar ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasınaa yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR