Çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edildi
Bizi izləyin

Hadisə

Çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edildi

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.

FHN-dən Publika.az-a verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm