Hadisə
DİN Naz Milanın tapılması üçün GÖSTƏRİŞ VERDİ
Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, sözügedən kliplə bağlı saytımızda gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.
Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi,
polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb
araşdırılacağını bildirmişdi.
Bu gün Teleqraf.com-a açıqlama verən Ehsan Zahidov məsələ ilə bağlı
bunları bildiridi: “Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan
vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə
çəkilib”.
“Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi” sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.
Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.
Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu