Bakı-Qazax yolunda avtomobil aşdı
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda avtomobil aşdı

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Bakı-Qazax avtomobil yolu ilə Bakı istiqamətdə hərəkətdə olan maşın rayon ərazisindən keçən zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişinlər - İsmayılova Zemfira (1964) və İsmayılov Canpolad (1963) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı cüzi xəsarət alan sürücü İsmayılov Elxan Canpolad oğlu (1991), daha 1 qadın və 2 uşağa ( 8 aylıq və 2 yaşlı) yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm