Parlament sədrinin evini yandırmaq istədilər
Bizi izləyin

Hadisə

Parlament sədrinin evini yandırmaq istədilər

Fransada naməlum şəxslər Milli Məclisin (Parlamentin Aşağı Palatası) sədri Rişar Ferranın evini yandırmağa cəhd ediblər.

Publika.az xəbər verir ki, bu barədə qurumun saytına yerləşdirilən məlumatda qeyd olunub.

"Milli jardarmeriya əməkdaşları tərəfindən hadisə yerində ədyal, qismən yanmış təkər və yanacağa batırılmış əldəqayırma məşəl aşkar olunub ki, bu da qəsdən yanğın törətmək barədə düşünməyə şübhə yeri qoymur", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yanğını Ferranın qonşusu görüb və polisə zəng edib. Ev sahibinin özü isə həmin vaxt baş nazir Eduar Filipp ilə Ren şəhərində işgüzar səfərdə olub. O, bu cinayət aktını pisləyib və polisə şikayət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm