Yol polisinə yeni verilmiş "Mercedes" bu hala düşdü - HADİSƏ ANININ VİDEOSU
Bizi izləyin

Hadisə

Yol polisinə yeni verilmiş "Mercedes" bu hala düşdü - HADİSƏ ANININ VİDEOSU

Dünən səhər saatlarında Ağcabədi rayonunda Yol Patrul Xidmətinə məxsus "Mercedes C-300" markalı xidməti avtomobilin qəzaya düşməsi barədə məlumat vermişdik.

Publika.az həmin qəzanı əks etdirən videonu təqdim edir.

Qeyd edək ki, görüntülərdən sayrışaq siqnalları yandırmış DYP avtomobilinin qarşısına qəfil olaraq başqa minik avtomobilinin çıxması nəticəsində qəzaya uğradığı məlum olur.

*****

10:59

Ötən gün Ağcabədidə DYP-nin Yol Patrul Xidmətinə məxsus avtomobil qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yol polisi əməkdaşlarına yeni verilmiş 99 YP 630 dövlət nömrə nişanlı “Mercedes C-300” markalı avtomobilin qəzaya düşməsini əks etdirən foto yayılıb.

Qeyd edək ki, hadisə shər saatlarında baş verib və DYP avtomobili digər minik maşınının onu vurması nəticəsində bu hala düşüb.

Fotonu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm