Daha bir baş redaktorun məhkəməsi başladı
Bizi izləyin

Hadisə

Daha bir baş redaktorun məhkəməsi başladı

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Nurəddin İsmayılovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 14-nə təyin edilib. Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib. Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib. Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri olub. Qeyd edək ki, bundan əvvəl iki saytın da baş redaktorunun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bunlar Criminalaz.com saytının baş redaktoru Anar Məmmədov və Basta.info saytının baş redaktoru Mustafa Hacıbəylidir.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm