Bakıda ağır qəza - ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - ÖLƏN VAR

Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Bakı-Quba magistralının 6-cı kilometrliyində naməlum avtomobil yolu keçməyə çalışan kişini vurub. Ağır xəsarət alan 50-55 yaşlı şəxs hadisə yerində ölüb.

Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Hazırda ölən şəxsin və qəzanı törədən sürücünün şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm