Bakıda sağlamlıq mərkəzində 17 yaşlı oğru kameralara düşdü
Bizi izləyin

Hadisə

Bakıda sağlamlıq mərkəzində 17 yaşlı oğru kameralara düşdü

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən, qorunan “Talasimiya” sağlamlıq mərkəzinin inzibatı binasında istismar olunan videomüşahidə qurğuları ilə oğurluğa cəhd hadisəsi qeydə alınıb. Aparılmış araşdırmalarla oğurluğa cəhd göstərmiş Ağstafa rayon sakini 2001-ci il təvəllüdlü Əliyev Ələsgər Ələmdar oğlu Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmış və ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm