Azərbaycanda DƏHŞƏTLİ OLAY – İki maşının arasında qalıb öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ OLAY – İki maşının arasında qalıb öldü

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, fevralın 12-də saat 9 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini M.İsmayılov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Məmmədlinin idarə etdiyi “UAZ” markalı avtomobilə vurub. Bu zaman Gəncə şəhər sakini olan 55 yaşlı T.Allahverdiyev hər iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm