• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

Bakının mərkəzində avtobus qəzası – SÜRÜCÜ ÖLDÜ (YENİLƏNDİ)

  • Hadisə
  • 14 Fevral 2019 14:15
  • 1 528 Baxış
Bakının mərkəzində avtobus qəzası – SÜRÜCÜ ÖLDÜ (YENİLƏNDİ)

Bu gün Bakı şəhərinin Xətai rayonunda avtobusa çırpılan minik avtomobilinin sürücüsü vəfat edib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin məlum olub ki, 99-JX-198 dövlət qeydiyyat nişanlı avtobusa çırpılan "KİA"nı idarə edən sürücü, 1977-ci il təvəllüdlü Məmmədov Emin Vahid oğlu artıq keçinib.

Qeyd edək ki, hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi mənlumat yayıb və qəzada günahın minik avtomobilini idarə edən sürücüdə olduğu qeyd edilib.

*****

13:08

Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Publika.az-a bildirib ki, bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.

Belə ki, Toyota markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayəb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib.

Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR